Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda karantinin sərtləşdirilməsinin nə vaxtadək davam edəcəyi açıqlandı – RƏSMİ

138 Baxış

“Koronavirusla bağlı sərtləşdirmələr yoluxma sayı aşağı düşənədək davam edəcək”.

Oxu.Az-ın müxbirinin  verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, dünyada peyvəndlə bağlı proseslər izlənilir:

“Bu barədə danışıqlar aparırıq. Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər böyük vaxt lazımdır. Məhz buna görə də COVID-19-a qarşı peyvəndin hazırlanması uzun vaxt alır. Bu müddət ərzində bir çox peyvəndin üzərinə iş getdi, amma yeni yanaşmalarda böyük təcrübə olmadı. Ümid edirik ki, təsdiqlənmiş və ən təhlükəsiz vaksindən Azərbaycana gətirəcəyik”.

“Hazırda iki ölkədə – Böyük Britaniya və Türkiyədə vaksinasiyaya başlanılıb. Türkiyədə vaksinasiyası başlanılan Çin peyvəndi ən təhlükəsiz peyvəndlərdəndir. Qısa müddətdə peyvənd haqqında məlumat veriləcək”, – deyə o qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678