Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Vikipediya”da Azərbaycan haqqında həqiqəti əks etdirən materialların yerləşdirilməsinə başlayırıq”

273 Baxış

“Vətən müharibəsi günlərində xalqımızın hər bir üzvü müqəddəs savaşımızın carçısı, təbliğatçısına çevrildi. Xarici kütləvi informasiya vasitələrinin paylaşımlarına yazılan şərhlərdə, sosial şəbəkələrdə misilsiz fəallıq göstərən vətəndaşlarımız qəhrəman döyüşçülərimizin Vətən uğrunda ölüm-dirim mübarizəsinə özünəməxsus dəstək vermiş oldular, düşməni tək döyüş meydanında deyil, informasiya mübarizəsində də susdurmağı bacardıq”.

Bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

O bildirib ki, Azərbaycan bu qələbəyə doğru uzun yol qət etdi:

“Bu yol tək hərbi potensial və iqtisadi qüdrətimizi artırmaqdan ibarət deyildi. Bu yol həm də həqiqətlərimizi, erməni vəhşiliyi, torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən soyqırımı və qəddarlığı bəşəriyyətə çatdırmaq üçün bir sınaq idi ki, ondan da şərəflə çıxdıq. Dövlətimizin rəsmi təbliğatı ilə yanaşı, KİV-lər, sosial şəbəkələrdəki aktiv vətəndaşlar qələbə yolunda öz tövhələrini verdilər. 

Şübhə yoxdur ki, düşmənin gözü hər zaman cənnət Qarabağda olacaq. Düşmən daim öz təxribatları, yalan informasiyaları ilə dünya ictimaiyyətini aldatmağa çalışacaq. Bu baxımdan, sayıqlığı bir an belə olsa, əldən verməməliyik. İnformasiya əsrində internet məkanında böyük təbliğat müstəvilərindən biri də “Vikipediya”dır. Hazırkı reallıq göstərir ki, düşmən bu platformada xeyli güclüdür və bizi qabaqlayıb. Ermənilərin bütün dünyada mövcud olan diaspor qurumları bu işin əsas aparıcı qüvvələridir.

“Vikipedia”da ölkəmiz haqqında hər hansı neqativ məlumatı dəyişmək və ya ona düzəliş etmək olduqca çətindir. Ancaq mümkünsüz deyil. Biz çoxlarının skeptik yanaşdıqlarını reallığa çevirmək qüdrətində olduğumuzu Vətən müharibəsində sübut etdik. Elə isə nədən bunu “Vikipediya”da da etməyək?”

Deputat bildirib ki, bu məqsədlə ölkəmizin çoxmillətli gənclər ordusu ilə birlikdə bu istiqamətdə də fəaliyyətə başlayıb, dövlətimizin haqqlı davasına dəstək vermək qərarına gəliblər:

“Qorqud Vikipediya Metodiki Klubu”nun fəalları ilə yeni layihəyə start veririk. “Vikipediya” məkanında Azərbaycanımız haqqında həqiqəti əks etdirən, dolğun materialların yerləşdirilməsinə başlayırıq. Öncüllük verdiyimiz istiqamətlər tarix, mədəniyyət, ədəbiyyat və incəsənətimiz olacaq. Eyni zamanda, arzulayan gənclərimiz üçün təlimlərə də başlayırıq. “Vikipediya”da Vətən üçün çalışmaq istəyən gənclərimizə xüsusi təlimlər keçiləcək. Arzualayanlar bu ünvana elektron müraciət yaza bilərlər: [email protected]

Vətən hər birimizindir və onu bütün dünyaya biz tanıtmalıyıq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678