Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhidlik zirvəsinə ucalan baş gizir – FOTO

166 Baxış

Baş gizir Nihad Mikayılov peşəkar hərbçi idi. 2000-ci ildən ordu sıralarında xidmət edirdi, özü də Ağdam bölgəsində. Otuz ildən bəri torpaqlarımızı işğal altında saxlayan Ermənistan silahlı qüvvələri ilə üz-üzə dayanan baş gizir 2016-cı ilin Aprel döyüşlərində də qəhrəmancasına vuruşub. İkinci Qarabağ müharibəsində isə şanlı bir döyüş yolu keçib.

AZƏRTAC xəbər verir ki, Nicat Mikayılov 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Hərbi xidmətə marağı onu Silahlı Qüvvələrimizin sıralarına gətirib. Əvvəlcə gizir, sonra baş gizir kimi xidmət edib. İyirmi illik qüsursuz xidməti, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq ona medallar, fəxri fərmanlar qazandırıb.

Nicat ailəli idi, üç övladı var. Uşaqları ilə, xüsusilə balaca Rinatla nəfəs alırdı. Cəbhədən hər dəfə evə zəng vuranda telefonu Rinat açırdı. Bu döyüşlərdə o, düz otuz dörd gün vuruşdu, özü də xeyli düşmən əsgərini məhv etdi. Lakin Böyük Qələbə xəbərinin sevincini yaşaya bilmədi. Qələbəyə on gün qalmış düşmən snayperinin hədəfi oldu, heç də hər adama nəsib olmayan şəhidlik zirvəsinə ucaldı.

Tez-tez şəhid Nicat Mikayılovun məzarını ziyarət edən ailə üzvləri, xüsusən Rinat atasının əbədiyyətə qovuşmasını hələ də qəbul edə bilmir. Sanki o, nə vaxtsa geri, ailəsinin yanına qayıdacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678