Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Firdovsi Umudovun 9 yaşlı qızı Azərbaycan hərbiçilərini təbrik etdi – VİDEO

148 Baxış

DSX-nın zabiti, polkovnik-leytenant, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun qızı Ayşən Umudova 44 günlük vətən müharibəsindən qalib ayrılan Azərbaycan ordusunu mahnı ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, balaca qızın Azərbaycan ordusunu təbrik etdiyi videogörüntüləri  F.Umudov özünün “Facebook” hesabında paylaşıb.

“44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi də ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, – F.Umudovun paylaşımında bildirilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678