Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə bir nəfərin payına 6,5 min manatlıq ümumi daxili məhsul düşür

128 Baxış

2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 64 milyard 709 milyon 300 min manatlıq ümumi daxili məhsul istehsal edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunub.

Belə ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz, neft-qaz sektorunda isə 6,5 faiz azalıb.

ÜDM istehsalının 34 faizi sənaye, 11,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər isə ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 min 485,7 manata bərabər olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678