Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İmişlidə evdə narkotik aşkarlandı

152 Baxış

İmişli sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərdən birini qəsdən yandırmaqda şübhəli bilinən Bəhrəmtəpə qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun Çaxırlı kəndindəki atasına məxsus evə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana, çətənə toxumu, iki tərəzi və kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678