Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda soyğunçuluqla məşğul olan keçmiş məhkum saxlanıldı

151 Baxış

Soyğunçuluq etməkdə şübhəli bilinən Qubadlı rayon sakini Ə.Behbudov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün saat 15:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində şəhər sakini S.Məmmədovanın çantasından içərisində pul, bank kartları və sənədi olan pulqabını soyğunçuluq  yolu ilə götürərək qaçan şəxs ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.

28-ci Polis Bölməsinə təhvil verilən şəxsin Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Behbudov olduğu müəyyən edilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün saat 11:00 radələrində sərnişin avtobuslarının birində şəhər sakini P.Bayramlının çantasından içərisində pul və bank kartları olan pulqabını oğurlaması da müəyyən edilib.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678