Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verilib

293 Baxış

Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini icra edən şəxs məlum olub.

“Report”-un xəbərinə görə, RİH başçısının səlahiyyətlərinin icrası birinci müavin Mansur Məmmədova həvalə olunub.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dekabrın 9-da Səbail Rayon Məhkəməsində N.Zeynalov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678