Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəbrayılda ulu öndərin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib – FOTO

153 Baxış

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə 
həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən polis şöbəsinin inzibati binasının qaşısında, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı ucaltdığı dövlət bayrağının ətrafında və rayonun girişində ümumilikdə 100-dən artıq ağac əkilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678