Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Soçidə çoxmərtəbəli binaların tikintisi qadağan olunacaq

156 Baxış

Soçi şəhərində çoxmərtəbəli binaların tikintisi qadağan olunacaq.

“Arqumentı i Faktı” nəşri xəbər verir ki, bu barədə şəhərin vitse-meri Denis Yurkovski məlumat verib.

Onun sözlərinə görə, qadağa Soçinin baş planı hazır olanadək qüvvədə qalacaq.

“Soçinin baş planı aprel ayından etibarən hazırlanmağa başlayacaq. Qadağa isə iyulun 1-dən qüvvəyə minəcək və azı iki il ərzində planın hazırlanması başa çatanadək qüvvədə qalacaq”, -deyə D.Yurkovski bildirib.

Qeyd edək ki, hazırda kurort şəhərində hündürlüyü 12 metrdən çox olmayaraq, 300 kvadrat metr sahəni əhatə edən binaların inşasına icazə verilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678