Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qəbələdə ağır qəza: FHN sıxılı vəziyyətdə qalan iki nəfəri avtomobildən çıxardı

336 Baxış

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində BMW və VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan VAZ markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678