Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub

101 Baxış

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Turanmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Ölkə.az-a verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edilib ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Hazırda rayonun yanğınsöndürmə işləri davam etdirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678