Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uşaqlar yeni ilə hansı hədiyyələri istəyir? – Top 7 hədiyyə

149 Baxış

Uşaqların ən sevimli Yeni İl bayramına çox az vaxt qaldı. Valideynlər artıq hədiyyə axtarışındadır, lakin müasir dövrdə uşaqları yaxşı hədiyyə ilə təəccübləndirmək heç də asan deyil.

Oxu.az “Kontakt Home” ilə birgə uşaqlar arasında sorğu keçirib və onların “Şaxta Baba”dan ən çox istədiyi hədiyyələrin siyahısını hazırlayıb. Əziz valideyinlər, sevindirən Şaxta Baba olmağa hazırsınız? Onda getdik.

1. “SEGWAY”

Sorğumuzda iştirak edən uşaqların böyük əksəriyyəti Yeni İldə “Segway” hədiyyə almaq istədiklərini deyib. Bu hədiyyə ilə uşaqlarınız nəinki dostları ilə xoş vaxt keçirə biləcək, eləcə də onların fonunda seçiləcəklər. Bu isə övladınızın liderlik bacarıqlarının inkişafı üçün çox vacib məqamdır. Bütün bunlarla yanaşı, “Segway” uşağınızın sağlamlığı üçün də öz kiçik töhfəsini verəcək: idarəetmə texnologiyası sayəsində övladınızda koordinasiyanı və refleksləri inkişaf etdirəcək. Bir sözlə, əgər övladınız 5 yaşına çatıbsa, ona mütləq bu hədiyyəni alın. Geniş Segway çeşidi ilə buradan tanış olun və stoklar bitməmiş sifariş verin. 

2. SMART SAAT

Böyüklərin nəzarətini sevməsələr də, ağıllı texnologiyaların nəzarəti uşaqlar tərəfindən də çox bəyənilir. Xiaomi Mi band 5 təkcə vaxtı göstərmir, övladınızın yuxusuna, ürək döyüntülərinə nəzarət edir, səhərlər yuxudan oyadır, addımlarını ölçür… Dəyişilə bilən silikon qolbağını isə hər əhvala və geyimə uyğunlaşdıra bilərsiniz. Smart saatları ən çox yeniyetmələr hədiyyə olaraq arzulayır. Yəni, əgər uşağınız “artıq mən uşaq deyiləm, mən böyümüşəm” kəlməsini istifadə edirsə, bu hədiyyə tam onluqdur.

3. HƏM OYUN, HƏM DƏRS ÜÇÜN PLANŞET

Uşaqlara həm dərslərində, həm də asudə vaxtlarında lazım ola biləcək planşet hədiyyə edin. Sizə cibinizə münasib, həm də funksional Samsung Galaxy Tab A8 modelini tövsiyə edə bilərik. Bu model həm körpələrə, həm də məktəblilərə uyğun ola bilər: körpələr “Youtube”da sizin tövsiyə etdiyiniz videolara baxacaq, məktəblilər isə planşeti onlayn dərslər zamanı istifadə edəcəklər. Texnologiya sevən uşaqlar oxumaq istədiyi kitabları və dərslikləri də planşet vasitəsilə hər yerə apara biləcəklər.

4. SMARTFON

Sizə nə qədər banal gəlsə də, uşaqların ən favorit hədiyyə arzuları siyahısında smartfon həmişə var. Model seçimində çətinlik çəkirsiniz? Rəngli korpusu, üçlü kamerası, sürətli prosessoru və uzunömürlü batareyası uşaqları, qiyməti isə sizi sevindirəcək Xiaomi Redmi 9C smartfonunu sizə tövsiyə edə bilərik. Qiymət-keyfiyyət nisbətinə görə 2020-ci ilin ən yaxşı büdcəli smartfonu seçilən Redmi 9C-nin kontakt.az-da göy, qara və narıncı rəngli üç versiyası var. Elə indi seçin və alın!

5. UŞAQ AVTOMOBİLİ

Övladınızın 3 yaşı tamam olubsa, onun ən xoşbəxt olacağı hədiyyələrdən biri uşaq avtomobilidir. Bir az böyük övladları olan valideynlərdən indiyədək parklarda kirayə uşaq avtomobillərinə xərclədikləri pulun miqdarını soruşun. O pulları toplasaq, əsl avtomobil ala bilərsiniz 🙂 Əgər elədirsə, niyə Yeni İldə övladınızı istədiyi zaman ona əlçatan olan şəxsi avtomobili ilə sevindirməyəsiniz? “Range Rover”, “BMW” “X6”, “Mercedes G-Wagen” və bu kimi dəbli modellərin mini prototipi balaca avtomobilsevərləri çooox xoşbəxt edəcək! 

6.  ƏN BALACA DOSTLARIMIZ ÜÇÜN OYUNCAQ

Sirr deyil ki, körpələr dünyanı oyuncaqlar vasitəsilə tanımağa başlayırlar. Əgər siz dahi və ya sadəcə yaxşı insan böyütmək istəyirsinizsə, övladınızın çoxlu oyuncaqları olmalıdır.

Oyuncaqların kəmiyyəti ilə keyfiyyəti də önəmlidir. Alacağınız oyuncaqların zərərsiz maddələrdən hazırlandığına diqqət yetirin. Körpənizin zehnini inkişaf etdirəcək, eyni zamanda sağlamlığına tam ziyansız, məşhur Chicco brendinin oyuncaqlarını kontakt.az-dan düz evinizə sifariş verə bilərsiniz.

7. MELOMANLAR ÜÇÜN DƏBLİ QULAQLIQLAR

Əgər evinizdə əsl meloman böyüyürsə, ona edə biləcəyiniz ən yaxşı hədiyyə simsiz Trust Comi qulaqlıqlarıdır. İstənilən cihaza rahatlıqla qoşula bilən bu universal qulaqlıqları oğlanlar üçün narıncı, qızlar üçün bənövşəyi rənglərdə tapmaq mümkündür. Üstəlik uşaqlarınız bu cihazla tam 20 saata qədər musiqi dinləyə biləcək.

İndi isə böyükləri sevindirəcək bir xəbəri nəzərinizə çatdıraq. “Kontakt Home”da artıq Yeni İlə özəl 50 faizədək endirim kampaniyası başlayıb! Elə indi kontakt.az saytına keçid edin və seçdiyiniz məhsulları evdən çıxmadan, xüsusi endirimlə düz qapınıza pulsuz sifariş edin.

Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz. Taksit kart sahibləri endirimli qiyməti faizsiz hissələrə də ayıra bilərlər. Hədiyyələri indidən almağa tələsin, çünki bu təkliflər stokları hər an bitirə bilər!

Hər zaman olduğu kimi Yeni ildə də Kontakt Ho Ho Home – Sevindirir!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678