Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı

129 Baxış

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar bu gün saat 00:00-dan 08:00-dək olan müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən görülən işlər barədə statistik məlumat açıqlanıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Report-a bildirib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan yeddi nəqliyyat vasitəsi rayon, beşi paytaxt istiqamətinə olmaqla geri qaytarılıb:

“Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan dördü rayon, 14-ü şəhər istiqamətinə olmaqla, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 10 avtomobil rayon, 20-si paytaxt istiqamətinə olmaqla geri qaytarılıb.

Ümumilikdə 60 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678