Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abşeronda avtomobil yük maşınına çırpıldı: Sürücünün azyaşlı qızı öldü

136 Baxış

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, dekabrın 13-də, saat 17:00 radələrində rayonun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Məmmədovun idarə etdiyi “Hyundai” markalı yük və Bakı şəhər sakini D.Dadaşovun idarə etdiyi “Renault” markalı minik maşınları toqquşub.

Nəticədə, D.Dadaşovun sərnişinləri olan azyaşlı qızı Amina və Bakı şəhər sakini A.Qarayeva xəsarətlərlə xəstəxanaya yerləşdirilib, uşaq orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678