Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramin Bayramlıdan koronavirusa görə sərt karantin tədbirləri ilə bağlı AÇIQLAMA

123 Baxış

“Koronavirus pandemiyasının qarşısı birinci növbədə dərman vasitələri ilə alına bilər”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu, hazırda mümkün deyil və dərmanın tapılması uzun illər ala bilər:

“Digər yol sərt karantin tədbirləridir. Bu isə böyük xərclər tələb edir. Ona görə hazırda real olan yol vaksinasiyadır. Vaksinlərin əhəmiyyətini bu günlərdə xəstələnmə hallarının sürətlə artması göstərir.

Reanimasiya şəraitində bir xəstənin həyatını xilas etmək üçün 5-10 mütəxəssis çalışmalı olur”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678