Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail İrana qarşı hərəkətə keçdi, Bennet çağırış etdi

119 Baxış

Dünya güclərini Vyanadakı nüvə danışıqlarında İrana qarşı sərt mövqe tutmağa çağırıram.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Naftali Bennett deyib.

Bennett bildirib ki, dünya gücləri İrana danışıqlar apara-apara uranı zənginləşdirməyə davam edə bilməyəcəyini başa salmalıdırlar:

“İran öz pozuntularına görə cavab verməlidir”.

Qeyd edək ki, İsrail kəşfiyyatının rəhbəri Devid Barni ötən gün Vaşinqtona yola düşüb, müdafiə naziri Benni Qantz isə gələn həftə gedəcək.

İsrail XİN rəhbəri Yair Lapid də London və Parisdə müzakirələr aparıb.

İranla nüvə danışıqları Vyanada 29 noyabrda başlayıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678