Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şamaxıda iki illik zəlzələ izi – VİDEO

124 Baxış

Şamaxıda baş verən zəlzələdən iki il keçir. Zəlzələ zamanı qəzalı vəziyyətə düşən bəzi evlərin bərpası hələ də həyata keçirilməyib.

Problemlə bağlı zərərçəkənlər Baku TV-yə müraciət edib. 

Belə ki, zəlzələdən dərhal sonra dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yerlərdə komissiyası yaradılıb. Evlərə baxış keçirən komissiya zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən və ya bərpaya ehtiyacı olan evləri müəyyənləşdirib. 

Zəlzələ nəticəsində zərərçəkmiş Tərlan Quliyev deyir ki, dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətində yaradılan komissiyadan onun müraciətinə baxılacağı deyilsə də, evə baxış belə keçirilməyib. 

Ailə mövcud problemlə bağlı bir sıra qurumlara üz tutduqca isə ümumiyyətlə onların müraciətinin qeydə alınmadığı üzə çıxıb. 

Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən ailənin müraciətinə cavab olaraq avqustun 1-də evin qəzalı vəziyyətindən xəbərdar olduqları və tezliklə baxış keçiriləcəyi barədə məktub göndərilib. Lakin o gündən sonra nə evə gəlib baxan var, nə də problemi həll edən. 

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyətindən Baku TV-yə şifahi olaraq bildirilib ki, zəlzələ zamanı evlərin bərpası, yenidən qurulması kimi məsələlər FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətindədir. Problemin yalnız sözügedən qurum tərəfindən həll edilməsi mümkündür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678