Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Yalçın Rəhimov – FOTO

181 Baxış

20 yaşlı Xüsusi Təyinatlı hərbçi Rəhimov Yalçın Elçin oğlu  44 günlük Vətən müharibəsində Qarabağın azadlığı, ərazi bütövlüyümüz uğrunda göstərdiyi igidliyi ilə öz adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı. 

Y.Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində doğulub.

2018-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yollanır. Həqiqi hərbi xidmət keçərək dövlətinə vətəndaşlıq borcunu yerinə yetirdikdən sonra xidmətini Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) davam etdirir. 

XTQ-nin tərkibində döyüşlərə qatılan qəhrəmanımız  müharibənin ən qızğın döyüşlərində iştirak edib, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib. 

Qarabağ müharibəsinin ən həlledici məqamlarından biri olan Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşdə Y.Rəhimov özü yaralansa da, yaralı cəbhə yoldaşlarını döyüş meydanından çıxarıb. Qəhrəmanımız döyüş meydanına geri dönərkən mühasirəyə düşüb. Düşmənə təkbaşına meydan oxuyan igid döyüşçü əlbəyaxa döyüşlərdə namərd düşmənin çox sayda canlı qüvvəsini məhv edib. Erməni quldurlarına qarşı üz-üzə, təkbətək  vuruşarkən boyun nahiyəsindən aldığı bıçaq xəsarətindən qələbəyə bir gün qalmış, noyabrın 7-də döyüş meydanında şəhidlik zirvəsinə ucalıb. 

Y.Rəhimov noyabrın 13-də Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında dəfn edilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678