Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST Azərbaycana bir milyon tibbi maska təhvil verdi – FOTO

367 Baxış

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş qərargahından Azərbaycana göndərilən bir milyon maska bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib.

Azərtac-ın məlumatına görə, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyinə də tibbi maskalar təqdim olunacaq.

“Bunlar ÜST-dən gələn təmənnasız hədiyyələr olaraq qəbul olunmalıdır,” – deyə beynəlxalq təşkilatın nümayəndəsi bildirib.

Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə əməkdaşlıqdan məmnunluğunu bildirən Hande Harmancı deyib:

“Bu hədiyyənin töhfə verəcəyinə ümid edirik. Birlikdə çalışmağa və koronavirusla mübarizə üçün birgə gücümüzü birləşdirməyə davam edəcəyik”.

O, həmçinin bildirib ki, bu gün ÜST-ün Azərbaycandakı nümayəndəliyi tərəfindən Ədliyyə Nazirliyinə 250 min maska təqdim olunacaq:

“Bir neçə qeyri-hökumət təşkilatlarına da tibbi maskalar veriləcək.

Ümumiyyətlə Azərbaycana 2,5 milyon ədəd maska gətirilib. Bunları birgə əməkdaşlıq etdiyimiz Azərbaycanın müxtəlif qurumlarına bölüşdürəcəyik. 2020-ci ilin sonunadək bütün bu maskaları təqdim edəcəyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678