Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xanımlar üçün ən yaxşı Yeni İl hədiyyələri – TOP 7

238 Baxış

Həyatınızdakı qadınlar hər şeyin ən yaxşına layiqdir. Nəzərə alsaq ki, hər qadın hədiyyə almağı sevir, Şam ağacının altını indidən doldurmalısınız. “Kontakt Home” qadınların istəklərini nəzərə alaraq, onları sevindirə biləcək hədiyyələrin siyahısını hazırlayıb. Bu hədiyyələrlə həyat yoldaşınızın, ananızın, bacınızın və ya iş yoldaşınızın, bir sözlə hər kəsin ürəyini 100 faiz fəth edə biləcəksiniz.

Sevdiklərinizin Yeni ilini nağıla çevirməyə hazırsınızsa, başlayaq.

1. ONU DANIŞANDA BELƏ DƏBLİ GÖSTƏRƏCƏK – SMARTFON

Xanımlar təkcə xarici görünüşü ilə deyil, zənglərə cavab verərkən belə dəbli görünməyi sevir. Ona görə xanıma smartfon hədiyyə edərkən, təkcə funksionallığına yox, həm də dizaynına önəm verin. Ona “iPhone 11” hədiyyə edin, özü də bənövşəyi korpuslu! Əminik ki, bu hədiyyəni çox bəyənəcək, o, həm də xanımınızın sevimli aksessuarına çevriləcək. Əgər ona keçən il iPhone 11 hədiyyə etmisinizsə, bu dəfə seçiminiz ən son “iPhone 12 modellərindən” biri olsun. Kim “iPhone”a yox deyər ki? Apple brendinin bu və digər məhsullarını Azərbaycandakı rəsmi satış mərkəzi olan “Kontakt Home”da axtarın.

2. SİZİ SUPERQƏHRƏMAN, ONU XOŞBƏXT EDƏCƏK – ROBOT TOZSORAN

Dəyər verdiyiniz qadın ev işlərini çatdıra bilmirsə və çox vaxt sizdən kömək istəyirsə, ona robot tozsoran hədiyyə edin. Bu hədiyyə ilə onun ürəyini oxuyacaq və gözündə onu ev işlərindən qurtaran superqəhrəmana çevriləcəksiniz. Artıq o, təmizlik işlərini robota həvalə edərək sevdiyi işlərə və sizə daha çox vaxt ayıra biləcək. Üstəlik elə siz də tozsoranın səsindən dincələcəksiniz, çünki robotlar işlərini tam səssiz görürlər.

3. XANIMINIZ KİMİ AĞILLI VƏ ZƏRİF – SMART SAAT

İşgüzar xanımlar üçün ən ideal hədiyyə ağıllı saatdır. Bu saat sizin üçün dəyərli olan xanımın iş keyfiyyətini bir xeyli artıracaq. Çünki o, bu saatla günün planlamasını, görüləcək işlərin siyahısını, xüsusi cədvəlləri və digər vacib məlumatları daha asan izləyə biləcək. Eyni zamanda, bütün günü qolunda olacaq saatın onu öz dizaynı ilə də sevindirməsini istəyirsinizsə, sizə lazım olan “Huawei Watch Fit” modelidir. Bu saatla xanımınız özünü daha əmin və dəbli hiss edəcək.

4. QULAQLARI İLƏ SEVƏN XANIMLAR ÜÇÜN – AIRPODS PRO

Sevdiyiniz xanımın qarşısında diz çökün, cibinizdən “Apple AirPods Pro” qutusunu çıxarın və ona “Bayramın mübarək, əzizim” deyin! Evlilik təklifi qədər təsirli olacağına söz veririk! Hamımız bilirik ki, Apple məhsulları yalnız funksionallığına görə deyil, həm də bir dəb aksessuarı olduğuna görə çox sevilir. Amma qulaqları ilə sevən xanımların “AirPods Pro”nun keyfiyyətli səs sistemi və qulaqda oturuşunu da dəyərləndirəcəyinə əminik.

 5. GÖZƏLLİK SALONUNU ƏVƏZLƏYƏCƏK – REMİGTON FENİ

Gözəllik 10-dursa, onun 3-ü “Remington feninin” dəyişilən başlıqlarındadır. Buruq, havalı, hamar saç düzümü – bu fen ilə xanımınız saçlarını tez qurulaya və formaya sala biləcək. Üstəlik ionlaşma funksiyasına görə saçları hər zaman sağlam qalacaq və heç vaxt quruluqdan əziyyət çəkməyəcək. Beləliklə, hər gün xanımınızı baxımlı və xoşbəxt görmək istəyirsinizsə, salonlara xərclənən zamana və pula qənaət etmək istəyirsinizsə, ona Remington feni hədiyyə edin. 

6. QABYUYAN-LA XANIMINIZIN ƏLİ SU İLƏ YOX, SAÇLARI İLƏ OYNAYACAQ

Böyük qonaqlıqlar verməyi sevirsiz, hər bayram bütün ailə sizdə yığılır, amma gün sonu qabları sizin xanımınız yumalı olur. Özü şikayət etməsə də, siz onun yorulduğunu hiss edirsinizsə, ona mütləq qabyuyan hədiyyə edin. Model olaraq isə dörd proqramlı “Bosch” qabyuyanını təklif edirik. Mətbəxinizə yaraşacaq və işinizi asanlaşdıracaq bu qabyuyanı kontakt.az saytına keçid edərək xüsusi endirim ilə əldə edə bilərsiniz.

7. SPA PROSEDURLARINI EVƏ GƏTİRƏN – MASAJOR

Yəqin ki, masaj sevməyən insan yoxdur. Xanımınızın özünü komfortda hiss etməsini və əzələ gərginliyindən azad olmasını istəyirsinizsə, ona masajor hədiyyə edə bilərsiniz. Özü də, əgər xanımınız bütün gününü ayaqda keçirirsə, onun üçün ən ideal hədiyyə ayaq üçün Spa BEURER ola bilər. Üç rejimli masajor ilə əsl SPA prosedurlarını düz evinizə gətirmiş olacaqsınız.

“Kontakt Home”da Yeni İlə özəl 50 faizədək endirim kampaniyası başlayır! Elə indi kontakt.az saytına keçid edin və seçdiyiniz məhsulları evdən çıxmadan, xüsusi endirimlə düz qapınıza pulsuz sifariş edin. Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz. Taksit kart sahibləri endirimli qiyməti faizsiz hissələrə də ayıra bilər.

Endirimlərdən əlavə, bu dəfə də “Kontakt Home” “Şeş-Qoşa” kampaniyası ilə Yeni İl hədiyyənizi pulsuz almaq imkanı yaradır. Belə ki, 18.12.2020 – 18.01.2021 tarixlərində Kontakt.az-dan etdiyiniz hər nağd sifarişə görə sizə xüsusi kupon təqdim olunacaq. Bu kuponla birlikdə 01.02.2021-15.02.2021 tarixləri arasında istənilən “Kontakt Home” mağazasına yaxınlaşaraq zər ata bilərsiniz. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulun pulu sizə 100 faiz geri qaytarılacaq.

Hər zaman olduğu kimi Yeni ildə də “Kontakt Ho Ho Home” – Sevindirir!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678