Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstehsal edilən peyvəndlər koronovirusla mübarizədə effektiv olacaqmı? – Mütəxəssisdən AÇIQLAMA

124 Baxış

Bəşəriyyət COVID-19 əleyhinə peyvənd vasitəsilə virus üzərində qələbəyə ümid edərkən, SARS-CoV-2 virusu sürətlə yayılmaqda davam edir.

Xəstəliklə bağlı vəziyyət dəyişmir, infeksiya daha çox yayılmağa davam edir, ölkələr əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər.

Bu, niyə baş verir və peyvənd virusa qalib gəlməyə kömək edəcəkmi?

– Tanınmış ukraynalı mütəxəssis, tibb elmləri doktoru, professor Sergey Qulyar Media.Az-a müsahibəsində bu suallara cavab verib:

Koronavirusun davamlı formada aktiv yayılmasının əsas səbəbi çox sadədir. Bu, insanların elementar qaydalara –  maska ​​taxmaq, əl yumaq və sair tövsiyələrə riayət etməməsindən irəli gəlir.

Ancaq başqa bir səbəb də var, bu, virusun anlaşılan olmaması ilə bağlıdır. Artıq virusa təkrar yoluxma halları qeydə alınır, mutant viruslar ortaya çıxır. Bütün bunlar vəziyyəti yaxşılaşdırmır.

– Gəlin peyvənddən danışaq. Artıq dünyada bir neçə peyvənd hazırlanıb, onlar virusla mübarizədə kömək olacaqlar?

– Zamanında biz donuz, quş və digər qrip viruslarına qarşı uğurla mübarizə apardıq. Peyvəndlər hazırlandı. Ancaq mütəxəssislərə aydındır ki, hər hansı peyvənd virusun xüsusi bir növü üçün yaxşıdır. Bu zaman o, açarın öz kilidinə uyğun gəldiyi kimi nəticə verir.

Lakin əgər virus mutasiya edibsə, açar kiliddə fırlanmayacaq. Hazırda bizdə adi qripə qarşı peyvənd edilir. Lakin hansı ştammdan? Biz ötən il olan virusa qarşı vaksin vurdururuq, amma bu il olan qrip virusunun modifikasiyası nə olacaq? Bu, faktiki bir tapmacadır, onun cavabını tapmaq da olar, tapmamaq da. COVID-19 virusu peyvəndi də belədir.

SARS-CoV-2 virusunun yüzlərlə modifikasiyasının olduğu barədə məqalələr dərc edilib. Rusiya və digər ölkələrin şirkətləri hazırda “Pfizer”, “AstraZeneca” vaksinlərini hansı modifikasiya üzrə hazırlayırlar? Bəlkə, onlar artıq özlərində olan ştamm ilə işləyirlər?

Ancaq ştammların əhəmiyyətli dərəcədə fərqli olduğu təsdiqlənərsə və bu, bütün mənfi xüsusiyyətlərini qoruyarkən, əslində, yeni bir virusdursa, bu artıq panaseya deyil, konkret virusa qarşı olan peyvənddir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678