Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəkidə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər keçirildi – FOTO

123 Baxış

Şəkidə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayon ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır, sərt karantin rejiminin tələb və tövsiyələri onların diqqətinə çatdırılır. Eləcə də bankomatların qarşısında və böyük marketlərdə xüsusilə də kassaların önündə sosial məsafənin saxlanılmasına, satıcı və alıcıların tibbi maskalardan istifadə etməsinə ciddi nəzarət olunur. Reydlər zamanı ictimai nəqliyyat vasitələrində də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər aşkarlandıqda onlar qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilirlər.

Həmçinin, sakinlərlə fərdi profilaktik söhbətlər aparılır, pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri onlara izah olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678