Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“R-PHARM” koronavir və artlegia preparatlarının Azərbaycan Respublikasında qeydiyyatdan keçdiyini elan edir

294 Baxış

Koronavirus infeksiyasının müalicəsi üçün istifadə olunan “R-Pharm” Şirkətlər Qrupunun preparatları ilk dəfə olaraq Rusiya Federasiyasının hüdudlarından kənarda qeydiyyatdan keçiblər.

24 dekabr 2020-ci ildə Azərbaycan Respublikası ərazisində “R-Pharm” Şirkətlər Qrupunun iki özünə məxsus preparatı – Koronavir (favipiravir) və Artlegia (olokizumab) dərman vasitələrinin qeydiyyat prosesi başa çatıb.

Koronavir dərmanı Rusiyada yüngül və orta ağır cərəyan edən koronavirus infeksiyasının müalicəsi üçün istifadə olunur və COVID-19-un müalicəsi üçün Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin metodiki rəhbərliyinə daxil edilib.

“R-Pharm”ın orijnal işlənməsi olan Artlegia (olokizumab) Rusiya Federasiyasında  revmatoid artritin (əsas göstərici) müalicəsi üçün qeydiyyata alınıb. Preparat eyni zamanda COVID-19-un orta formasının müalicəsində hiperiltihab və koronavirusun səbəb olduğu ağciyər və digər orqanların ciddi zədələnməsinin qarşısının alınması üçün Rusiya Federasiyası Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilib. 

Klinik tədqiqatın nəticəsində sübut edilib ki, favipiravir xəstəliyin erkən mərhələlərində infeksiyanı zərərsizləşdirdiyi üçün xəstəliyin kəskin inkişafının qarşısını alır.

Olokizumabın istifadəsinə aid yenicə başa çatmış kliniki tədqiqat real kliniki praktikada onun orta dərəcədə ağır gedişi olan xəstəlikdə immun reaksiyanın hiperaktivasiya dövründə prosesin inkişafının qarşısının alınmasında effektivlik göstərib. 

Biz şadıq ki, Azərbaycan səhiyyə sisteminin arsenalında bir sıra sosial əhəmiyyətli xəstəliklərin müalicəsinə ciddi təsir göstərə biləcək preparatlar kompleksi yaranacaq”, – deyə “R-Pharm”ın Tibb Direktoru Mixail Samsonov bildirib.

Koronavir (favipiravir) – “R-Pharm” Şirkətlər Qrupu tərəfindən hazırlanıb. 6 iyul 2020 ildə Rusiya Federasiyasının Səhiyyə Nazirliyi yeni koronavirus infeksiyasının müalicəsi üçün qeydiyyatdan keçib. Dərman vasitəsi xəstəliyin ağırlaşmaları ilə deyil, SARS-CoV-2 virusu ilə birbaşa mübarizə aparır, viral replikasiyaya maneə törədir və pasiyentin xəstəxanaya yerləşdirilməsini tələb edən ağırlaşmaların inkişaf riskini minimuma endirməyə imkan verir. 

“R-Pharm”ın tərəfindən aparılan və Koronavirin effektivliyini və təhlükəsizliyini sübut edən klinik tədqiqatların məlumatları xüsusi razılıq əsasında “Dr. Reddy’s Laboratories” şirkəti tərəfindən istifadə olunur. 

İyun ayının əvvəlində Rusiya Federasiyasının Səhiyyə Nazirliyi dərman vasitəsini  COVİD-19-un qarşısının alınması, diaqnostikası və müalicəsi üçün müvəqqəti rəhbərliyə, oktyabrın ortalarında isə həyati vacib və əhəmiyyətli dərman vasitələrinin siyahısına daxil edib. Eyni zamanda, Rusiyanın bir sıra regionlarında, o cümlədən Moskvada Koronavir ambulator müşahidədə olan COVİD-19 xəstələrinin pulsuz təminatı proqramında istifadə olunur.

Artlegia (olokizumab) – 29 May 2020-ci il tarixində Rusiyanın Səhiyyə Nazirliyi “R-Pharm” tərəfindən revmatoid artrit xəstəliyinin müalicəsi üçün hazırlanmış ilk orijinal yerli biotexnoloji dərman vasitəsi qeydiyyata alındı. Dərman eyni zamanda interleykin-6 (IL-6) birbaşa inhibe edən dünyanın ilk ticari monoklonal anticismi oldu. 

Yaz aylarında Rusiya Federasiyasının Səhiyyə Nazirliyi dərmanı koronavirus infeksiyasının orta ağır formasının müalicəsi üçün metodik rəhbərliyə daxil edib. COVID-19 zamanı ölümün əsas səbəblərindən biri olan sitokin fırtınalarının qarşısının alınması üçün də tövsiyyə olunur.

Olokizumab eyni zamanda Rusiya Federasiyası Hökumətinin 23 noyabr 2020-ci il tarixli 3073-r nömrəli əmri ilə həyati vacib və əhəmiyyətli dərman vasitələrinin siyahısına daxil edilib. 

Bu gün Artlegia dərmanı Rusiya Federasiyasının subyektlərinin əksəriyyətində və eyni zamanda xəstəliyin artdığı digər ölkələrdə də qeydiyyatdan keçirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678