Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xınayaxdı” keçirənlər saxlanıldı – FOTO

139 Baxış

Tovuzda karantin qaydalarına zidd olaraq təşkil olunan xınayaxdı məclisinin qarşısı alınıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşları dərhal sözügedən ünvana gəlib və 40 nəfərlik məclisin keçirilməsinin qarşısını alıb. Bəlli olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün xına mərasimini qudası Fazil Mehdiyevin evində keçirib. 

Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678