Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Elmar Nəbiyevin ailəsi də sosial dəstəklə təmin olundu – FOTO

322 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Elmar Nəbiyevin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.

Atası, anası və bacısı ilə birgə Pirallahı rayonunda yaşamış Elmar Nəbiyev Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ailə ilə görüş zamanı müəyyən olunub ki, Elmarın valideynləri işləmir, pensiya alırlar. Bacısı isə II kurs tələbəsidir. Ailənin məşğulluğunu təmin etmək məqsədilə istəkləri əsasında şəhidin atası Elman Nəbiyevə özünüməşğulluq proqramı çərçivəsində xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib, anası isə haqqı ödənilən ictimai işə cəlb edilib. 

Bunlarla yanaşı ailəyə sosial ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı da həyata keçiriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678