Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Komitə sədri: “İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı fond yaradılsın”

128 Baxış

“İşğaldan azad olunmuş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılmasını yaxşı qarşılayırıq”.

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Tahir Mirkişili deyib.

Deputat bu istiqamətdə ayrıca fondun yaradılmasının müsbət olduğunu da söyləyib:

“Burada təkcə dövlət büdcəsindən olan vəsaitlərin deyil, sahibkarların və digər şəxslərin də ianələri hesabına fondun gəlirləri arta və bu gəlirlər işğaldan azad olunmuş ərazilərin bərpasına yönələ bilər. Bu da işlərin daha sürətlə aparılmasına imkan verər”.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678