Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2021-ci ildə sabitliyin әsas lövbәri: Manatın mәzәnnәsinin qorunması olacaq

657 Baxış

2021-ci ildә dә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil edәcәk. İnflyasiyaya tәsir imkanlarını güclәndirmәk istiqamәtindә islahatlar davam etdirilәcәk.

Bu barədə Azәrbaycan Respublikası Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bәyanatında məlumat verilib.

2021-ci ildә pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2 faiz dәhlizindә idarә olunması tәşkil edәcәk. Әvvәlki illәrdә olduğu kimi növbәti ilә dә hәdәf istehlak qiymәtlәri indeksinin son 12 ayda dәyişimi olacaq.

Pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә ortamüddәtli ötürücülüyü diqqәtdә saxlanılacaq. Növbәti ildә dә valyuta bazarında tarazlıq tәdiyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaq. Zәruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәk. Valyuta tәnzimlәnmәsinin optimallaşdırılması işlәri 2021-ci ildә dә diqqәtdә saxlanılacaq.

Faiz dәhlizinin parametrlәri haqda qәrarlar makroiqtisadi proqnozlar vә risk balansı nәzәrә alınmaqla qәbul edilәcәk. 2021-ci ilin ilk rübündә inflyasiyaya azaldıcı tәsir göstәrәn amillәrin üstünlüyünü qoruyacağı gözlәnilir. Bu dövrdә dünya әrzaq qiymәtlәrindә bahalaşma vә epidemiya әleyhinә xәrclәrin artması mәcmu tәlәbin azalması hesabına neytrallaşa bilәr. Ortamüddәtli dövr üzrә isә mәcmu tәlәbin vә belәliklә iqtisadi artımın bәrpası inflyasiya proseslәrinә tәsir edәn başlıca amillәrdәn biri olacaq. Manatın mәzәnnәsinin sabitliyinin qorunması hәm qısa, hәm dә ortamüddәtli dövrdә makroiqtisadi sabitliyin әsas lövbәri rolunda çıxış edәcәk.

Risk balansını vә qeyri-monetar faktorların tәsir potensialını nәzәrә almaqla inflyasiyanın hәdәfdә saxlanılması növbәti ildә dә әhәmiyyәtli dәrәcәdә iqtisadi siyasәtin bütün istiqamәtlәri, xüsusilә fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiyadan asılı olacaq. Digәr tәrәfdәn ölkәdә hәyata keçirilәn strukturinstitusional islahatlar rәqabәt mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymәt sabitliyi üçün әhәmiyyәtlidir.

Mәrkәzi Bank inflyasiyaya tәsir imkanlarının yüksәldilmәsi istiqamәtindә fәaliyyәtini 2021-ci ildә dә davam etdirәcәk. Pul siyasәtinin strateji çәrçivәsinin tәkmillәşdirilmәsi, transmissiyada faiz kanalının güclәndirilmәsi şәrtlәrinin realizasiyası xüsusi diqqәtdә saxlanılacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678