Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Komitəsi Ağcabədi, Füzuli və Tərtərdə yeni layihəyə start verdi – FOTO

146 Baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı ilə birlikdə “Azərbaycanın Füzuli, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlılığının təmin edilməsi” layihəsinə start verib.

Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbiri giriş nitqi ilə açan Komitə sədri Bahar Muradova Komitə ilə BMT-nin İnkişaf Proqramı  arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib və bu layihənin uğurla icra olunacağına əminliyini ifadə edib.

Qeyd olunub ki, Ermənistanla Azərbaycan arasında təxminən iki ay davam edən müharibə 100 mülki vətəndaşın həyatını itirməsi və yüzlərlə insanın yaralanması, psixoloji travma alması, eyni zamanda, onların yaşamaq üçün əsas vasitələrdən məhrum olması ilə nəticələnib.

Bahar Muradova vurğulayıb ki, dövlət tərəfindən vəziyyətin ilkin qiymətləndirilməsi və hərbi əməliyyatlar nəticəsində dəymiş zərərin hesablanması istiqamətində müvafiq iş aparılır.

Qeyd olunub ki, əhalinin həssas təbəqəsini təşkil edən qadınlar, uşaqlar və əlilliyi olan şəxslərin çətinliklə mübarizə apardığı bir vaxtda COVID-19 pandemiyası bu çətinliyi daha da ağırlaşdırır.

Bahar Muradova diqqətə çatdırıb ki, yeni layihə nəinki qadınlara, müharibədən zərər çəkən hər kəsə, o cümlədən, uşaqlara və əlilliyi olan şəxslərə də yardım göstərəcək. Layihə çərçivəsində müharibə zamanı zərər çəkmiş şəxslərə sosial-iqtisadi dəstək, o cümlədən, qazanc imkanlarının artırılması, psixoloji və biznes məsləhətləri xidmətlərinin göstərilməsi təmin ediləcək.

Daha sonra çıxış edən BMT İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti bu təşəbbüsə görə Dövlət komitəsinə öz minnətdarlığını bildirib.

O vurğulayıb ki, yeni model layihə həm qadınlara, həm də müharibə zamanı zərər çəkmiş digər həssas qruplara köməklik göstərəcək. Alessandro Frakassetti onu da qeyd edib ki, yeni layihə bu il Komitə ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq sayca ikinci layihə olacaq.

Layihə barədə ətraflı məlumat verən BMT-nin İnkişaf Proqramının proqram üzrə müşaviri Leyla Fəthi bildirib ki, layihə erkən bərpa və icma dayanıqlığı proqramının bir hissəsi olaraq, müharibənin ciddi təsirinə məruz qalmış üç rayonda – Füzuli, Ağcəbədi və Tərtərdə “İcma Resurs Mərkəzləri” yaratmaqla ən həssas təbəqələrə xidmətlər göstərməyi hədəfləyir.

İcma Resurs Mərkəzlərinin formatı BMT-nin İnkişaf Proqramı tərəfindən 2011-ci ildən bəri uğurla həyata keçirilmiş və hazırda 10 bölgədə qadınlar üçün məşğulluq və özünüməşğulluq dəstək xidmətləri ilə aktiv şəkildə fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri modelinə əsaslanır. 

Hər üç mərkəzin xidmətindən ətraf bölgələr, xüsusən də Bərdə, Ağdam rayonları da faydalana bilər. Mərkəzlər icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək edəcək, həmçinin, qadınlar, uşaqlar və əlilliyi olan şəxslərə yaşayış, psixososial və məşğulluq üzrə məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsini təmin edəcək.

Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, yeni layihənin bölgələrdə icmaların inkişafına dəstək verəcəklərinə əminliklərini bildirərək, onun reallaşması üçün rayon ərazilərində  müvafiq şəraitin yaradılacağını diqqətə çatdırıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678