Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belçikada yaşayan həmyerlimizin qeyri-adi toyu – FOTO/VİDEO

292 Baxış

Koronavirus pandemiyası çox insanın həyatında öz düzəlişlərini edib. Təəssüf ki, bəzi cütlüklər hətta toylarını keçirə bilmir. Azərbaycanda 24 mart tarixindən etibarən sərt karantin rejimi tətbiq olunduqdan sonra təntənəli tədbirlərin keçirilməsinə ciddi qadağa var.

Bəzi cütlüklər toy keçirmədən, yalnız nikah bağlamaqla kifayətlənirlər.

Ən orijinal toyu isə Belçikada yaşayan həmyerlimiz Bilqeys Nəcəfova edib, o, həqiqi, ancaq onlayn toy keçirib. Onun toyu “Zoom” platformasında yayımlanıb.

“Qızım Bilqeys Nəcəfova iki ildir Brüsseldə yaşayır və işləyir. Nişanlısı Gert Belçikadandır. Əlbətdə ki, hər bir valideynin övladları üçün toy etmək arzusu var, istisna deyiləm. Bakıda toy təşkil etmək planlarım var idi, amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır”, – deyə gəlinin anası Nərmin Məmmədova Media.Az-a danışıb.

Onun sözlərinə görə, pandemiya bütün planları pozub:

“Bu il, əlbətdə ki, çox çətin keçdi. Toyu iki dəfə planlaşdırdıq, amma hər dəfə qapalı sərhədlə bağlı çətinliklərlə qarşılaşdıq. Sonda hər bir valideyn üçün uşağın xoşbəxtliyinin və sağlamlığının hər şeydən üstün olduğunu və mövcud vəziyyəti nəzərə alaraq, “Zoom” toyuna qərar verdik”.

Həmin mərasimin foto və videolarını təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678