Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Neftçalada şəhidlərimizin xatirəsinə ağac əkmə aksiyası keçirilib – FOTO

133 Baxış

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Neftçala rayonunda mütəmadi olaraq genişmiqyaslı  abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilir. 

Bu  istiqamətdə görülən işlərin davamı olaraq dekabr ayının 29-da Milli Qəhrəman Samid İmanovun adını daşıyan küçədə Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü və təşkilatçılığı ilə koronavirus (COVİD -19 ) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakı ilə müxtəlif növ ağac, mövsümi gül kollarının əkilməsi aksiyası keçirilib.

Ağac əkmə aksiyasında Neftçala RİH Başçısı Mirhəsən Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon könüllüləri və fəal gənclər iştirak ediblər. Bu kampaniyada  təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələr həyata keçirilib.         

Qeyd edək ki, gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678