Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azər Maqsudov ilin son günlərində zəhərlənmənin əsas səbəblərini açıqladı

310 Baxış

Bakının Səbail rayonunda 1990-cı il təvəllüdlü Günay Hüseynova sevgilisi ilə münaqişədən sonra sirkə içərək intihar edib.

Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dekabrın 30-da zərərçəkən ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Fakt 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Öz növbəsində şöbə müdiri Azər Maqsudov Oxu.Az-a bildirib ki, son 10 gündə sirkə zəhərlənməsi ilə bağlı dörd hadisə qeydə alınıb. Zəhərlənənlərin üçü qadın, biri kişi olub.

Onun sözlərinə görə, bu dövrdə şöbəyə əsasən dəm qazından zəhərlənmə ilə xəstələr qəbul edilib. Səkkiz belə müraciət olub. Zəhərlənənlərin arasında beş qadın və bir uşaq var.

“Bundan əlavə, dərmanlardan zəhərlənən 9 nəfər qəbul edilib. Ancaq bunlar intihar cəhdləri deyil. Bütün hallarda xəstələr həkimlərin təyin etdiyi dərmanı artıq dozada qəbul ediblər”, – toksikoloq deyib.

Ramella İbrahimxəlilova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678