Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bibiheybət ziyarətgahında qazilərlə görüş keçirilib – FOTO

136 Baxış

Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri Səbail və Qaradağ rayonları üzrə qazı, Bibihəybət məscidi Həkimə xanım ziyarətgahının imamı Hacı Rahib Babayev Vətən müharibəsində iştirak etmiş Bibiheybət qəsəbəsinin altı igidi ilə görüş keçirib.

Görüş zamanı onlarla söhbət aparan Hacı Rahib müqəddəs dinimizin qazilərə verdiyi dəyər, habelə vətən sevgisinin müqəddəsliyi barədə bir çox fikirlərə toxunub.

Sonda müqəddəs ziyarətgahda igidlərimizin şərəfinə qurban kəsilib, onlara Qurani-Kərim və maddi yardım edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678