Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dilqəm Əsgərov: “ZTR-in atdığı mərmidən yaralanmışdım”

149 Baxış

“Müharibənin başlanmasını heç kim mənə demədi. Yalnız top səslərindən bildim. Bir mərmi həbsxananın yanına düşdü. Həbsxana nəzarətçilərindən biri həyəcanlanmışdı. Dedim, müharibədir də, niyə həyəcanlanırsan?” 

Oxu.Az xəbər verir ki, bunu erməni girovluqdan qayıtmış Dilqəm Əsgərov deyib.

O, bu gün keçirilən mətbuat konfransında danışıb: 

“Özüm Birinci Qarabağ müharibəsində kəşfiyyat komandiri olmuşam. Ümidim var idi ki, qalib gələcəyik. Özümüz də Qırmızı Xaç Komitəsindən bizə verilən radioya gizlincə qulaq asırdıq. Mənimlə birgə Kəlbəcərə getmiş Həsən Həsənovun cəsədinin qaytarıldığını bilmədim. İki gün Həsənlə birgə olmuşam. Sonra o vuruldu. Mən Kəlbəcəri dörd gün onsuz gəzdim. Sonra həmin əraziyə qayıtdım ki, bəlkə sağdır. Onda da məni turdular. ZTR-in atdığı mərmidən yaralanmışdım. Orada bildim ki, Şahbaz Quliyev tutulub. Məndən soruşdular ki, neçə nəfər olmusunuz? Yalandan dedim ki, dörd nəfər. Dedilər ki, biri Şahbaz, digəri Həsən, bəs dördüncü kimdir? Onda bildim ki, Həsən öldürülüb”.

Səbuhi Musayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678