Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİQQƏT! “YAŞAT”ın adından istifadə edənlər var – XƏBƏRDARLIQ

133 Baxış

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan müraciətlərlə bağlı xüsusi qrup yaradılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı keçirilən məlumat konfransında bildirib.

Onun sözlərinə görə, yaradılan yeni qrup vasitəsilə müraciətlər daha tez şəkildə araşdıracaq:

“Bəzən elə hal olur ki, şəxs barədə məlumatlar yayılıb, elə bir təsəvvür formalaşıb ki, kömək olmasa, ciddi fəsadlar ola bilər. Sonra məlum olur ki, adam hərbi xidmətdədir və məlumatı yoxdur. Bizdən tələb edir ki, onun şəkli silinsin”.

Ü.Mehdiyev qeyd edib ki, “YAŞAT” Fondunun saxta sosial şəbəkə hesablarının açılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər:

“Həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb. Vətəndaşlarımızdan xahiş edirik ki, fondun rəsmi səhfəsi var. Bundan kənar nə ilə qarşılaşsalar, dərhal bizə və ya hüquq-mühafizə orqanlarına məlumat versinlər”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678