Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı metrosunda pandemiya dövründə hansı işlər görülüb?

129 Baxış

Vaqonların təmir və texniki-mühəndis heyətinin iş şəraitinin yaxşılaşdırılması üçün yeni müasir otaqlar, ehtiyat hissələrin saxlanması üçün yeni anbar istismara verilib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin yaydığı hesabatda qeyd olunub.

İl ərzində daha üç baxış-təmir qanovu yenidən qurulmaqla ən müasir standartlar səviyyəsinə çatdırılıb.

Bu qanovlarda baş vaqonun ön hissəsinin təmizlənməsi üçün qaldırıcı qurğu quraşdırılıb. Vaqon avadanlıqlarını yuma və üfürmə kamerası yenidən qurulub. Qəza-bərpa vasitələri məntəqəsinin briqadaları yenidən formalaşdırılıb və qəza-təlim məşqlərin yeni formatda keçirilməsi təşkil edilib. Məntəqə üçün qaldırıcı hidravlik stansiya alınıb, yeni tipli vaqonların arabacıq çərçivələrini çevirən qurğu istismara verilib. 

Yeni nəsil vaqonları səviyyəsində modernləşdirməsi məqsədilə də bir sıra tədbirlər görülüb. 

Belə ki, sərnişinsiz günlərdə qatarlar depoda dayandığından, ilk baxışda, burada ciddi işlərə əsas olmayıb. Lakin bu müddətdən səmərəli istifadə olunaraq, vaqonların müxtəlif təmir növləri üzrə planlı işlər yerinə yetirilib. Bu xüsusda vaqonların əsaslı təmiri də lokomotivçilərin köməyinə gəlib.

Hələ 2014-cü ildə metropoliten tarixində inqilabi qərarlardan biri verilərək, qatarların əsaslı təmiri pilot layihə kimi yerli şəraitdə öyrənilməsinə və ilk addımların atılmasına başlanmışdı. Nəticədə, qatarların bu məqsədlə Moskva və Sankt-Peterburqa, daha sonralar Xarkova, nəhayət, son dövrlərdə isə Tbilisidəki “Moskva Elektrik Qatarlarının Təmiri Zavodu” QSC-nin filialına göndərilməsi ənənəsinə son qoyulub. 

2020-ci ildə təkcə bu sexdə 15 vaqonun təmir olunaraq modernləşdirilməsi nəzərdə tutulsa da, bu 20 vaqonda həyata keçirilib. Hazırda 5 vaqonun təmirində də həlledici işlərə başlanılıb. Bundan savayı, elektrik deposunun qaldırma təmiri sexində daha 30 vaqon normativ tələblərə uyğun olaraq, 3 saylı cari təmir işlərinə cəlb olunub. Ümumilikdə, il ərzində pandemiya dövrünün bütün məhdudiyyətlərinə rəğmən, iki sexdə birlikdə 50 vaqon mühüm təmir növlərinə cəlb olunub.

Bunlarla yanaşı, Bənövşəyi xətdə quraşdırılan müasir sistemlərin tələblərinə uyğun olaraq, daha dörd qatar tərkibində “Thales” şirkətinin işarəvermə və “Tetra” radio-rabitə avadanlıqları yerləşdirilib. Həmin qatarlar Bənövşəyi xəttə göndərilib və hazırda istismar olunmaq üçün müvafiq tədbirlər yerinə yetirilir.

Təmir zamanı modernləşdirmə tədbirlərinə cəlb edilən qatarlarda Rusiyanın “Spetsavtomatika” müəssisəsinin vaqon idarəetmə sistemi, ”Knorr Bremse”nin yeni nəsil kompressor aqreqatı, iki tipdə yeni kontaktorlar, habelə xətti kontaktorlar yeşiyi, “Seşeron” şirkətinin yeni tipli tezsöndürən elektrik açarı, kompressor inventoru, vaqonlararası əlaqə üçün müasir “Hartinq” sistemi, ”Kamotsi” pnevmatik qapı inteqalı və maşinist kabinalarında tavan tipli havalandırıcılar tətbiq olunub. Bu yeniliklər ən müasir qatarlarda həyata keçirilir və nəticədə əvvəlki nəsil qatarların idarəetmə sistemləridır. Onlar vaqonlara xidməti sadələşdirilməklə, qulluğu asanlaşdırır, daha uzunömürlüdürlər. Ən vacibi, vaqonların ümumu texniki xarakteristikası bərpa olunmaqla idarəetmə rəvanlığı təhlükəsizliyi və etibarlığı artırılır.

Bunlardan əlavə, vaqonlarda interyer işlərindən döşəmə örtüyünün, səth plastiklərinin və sərnişin oturacaqlarının üzlərinin, qapı və pəncərələrin rezin kipləşdiricilərinin, salon işıqlarının yenisi ilə (LED tipli) dəyişdirilməsi, baş vaqonların ön hissələrinin yenilənməsi kimi işlər də yerinə yetirilir.

Bütün bunlar lokomotiv parkının sağlamlaşdırılması, qatarların xətdə nasazlığı səbəbindən depoya qaytarılması kimi halların dəfələrlə azalmasına səbəb olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678