Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qəbul proqramları ilə bağlı jurnalın çap olunacağı tarix məlum oldu

133 Baxış

“İmtahan məzmununun formalaşması üçün daima elmi araşdırmalar aparılır. Bu, məktəbin tam proqramı deyil. Qəbul proqramı orta məktəb proqramının qısaldılmış əsas hissəsidir”.

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, pandemiya səbəbilə müəyyən dərslər keçirilmədi və şagirdlər həmin dərsləri mənimsəyə bilmədilər:

“Həmin dərsləri kənara qoyub demək olarmı ki, bu dərslər qəbul proqramına daxil edilməsin? Axıra qədər şagirdlərdə lazımi vərdişlər olmalıdır. Bu məsələ ilə əlaqədar ciddi araşdırmalar aparıb, Təhsil Nazirliyi ilə birgə müzakirə edib, ictimaiyyətə çatdırırıq. Artıq qəbul proqramları ilə bağlı jurnal hazırdır. Yaxın on gün ərzində çap olunacaq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678