Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan ən təhlükəsiz koronavirus peyvəndinə üstünlük verəcək: Türkiyə lideri də “Sinovac”ı seçdi – ŞƏRH

131 Baxış

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus hazırda bütün dünyanı cənginə alıb. Təəssüf ki, 2020-ci ilin fevral ayında Azərbaycan ərazisində ilk COVID-19-a yoluxma halları qeydə alındı və getdikcə yoluxma sayı artdı. 

Azərbaycan hökuməti insanların sağlamlığı üçün ölkədə xüsusi karantin rejimini tətbiq etdi.
Buna baxmayaraq koronavirusla mübarizədə bütün ümidlər vaksinasiya ilə əlaqəlidir. Çünki bir ildən çoxdur ki, dünya bu xəstəliklə mübarizəyə aparır.

COVID-19-a qalib gəlmək üçün vaksin mütləqdir. Bunun üçün müxtəlif ölkələr tərəfindən peyvəndlər hazırlayıb. Hazırda hansı peyvəndlərin insanlara vurulması müzakirə olunur. 
2020-ci ilin iyun ayında Çin dövləti tərəfindən “Sinovac” vaksini hazırlandı. Təbii ki, Çində kifayət qədər yüksək səviyyəli laboratoriyalar var. Zamanında bu istiqamətdə bir sıra dərmanlar hazırlanıb. 

Çin “Sinovac” vaksini yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq edib. Nəticədə Çində bir çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb.

Çinin verdiyi məlumata görə, 100-dən çox ölkə – Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bir çox digər dövlətlər “Sinovac” vaksinini sifariş ediblər.
“Sinovac”ın effektivliyi 95 faiz olması bildirilir. Soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır. Digər vaksinlərdə isə -70 dərəcədə saxlanması tələb olunur. Vaksinin üçüncü fazada araşdırılmasında türkiyəli alimlər də iştirak edib.

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Bu peyvəndin Türkiyəyə gətirilən ilk partiyası ölkə laboratoriyalarında yoxlamadan keçirilib.

Dünyada bir çox rəhbər şəxslər peyvənd vurdurur. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunublar.

Türkiyə dövlət başçısının peyvəndlənməsi gündəm olub. Bu, həmçinin vaksinin nə qədər təhlükəsiz olmasından əminliyinin göstəricisidir. Eyni zamanda, ölkə başçısının xalqını əmin etməsi üçün belə addım atması təqdirəlayiqdir. 

Ümumiyyətlə, koronavirus peyvəndi ilə bağlı məsələ Türkiyə Prezidentinin daimi olaraq gündəmində olub. O, “Sinovac”ın alınması, daşınması, istifadəsi ilə bağlı mütəmadi olaraq açıqlamalarla çıxış edib.

Ötən gün canlı yayımda peyvəndin vurulmasından sonra jurnalistlərin qarşısına çıxan ölkə prezidenti ilk təəssüratlarını media əməkdaşları ilə bölüşüb.

Prezident bildirib ki, vaksini vurdurmaqda çətin heç nə yoxdur:

“Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən”.

Göründüyü kimi, Türkiyə prezidenti də ən yüksək effektivlik faizi olan “Sinovac” vaksininə üstünlük verib. 

İndoneziya və Türkiyə indiyədək “Sinovac” vaksininin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub, müvafiq olaraq 97% və 91,25%.

“Sinovac” vaksininin üstünlüyü ondandır ki, bu vaksin ənənəvi metodlarla hazırlanıb. Digər vaksinlər isə texnoloji şəkildə hazırlanan vaksinlər yenidir, onlarla uzun müddətdən sonra nə baş verəcəyini hələlik kimsə bilmir. Bunu zaman göstərəcək. 

Azərbaycan dövləti də dünyada yaradılan vaksinləri ciddi şəkildə incələyir, ölkə üçün təhlükəsiz və güvənli, effektli vaksinin daxil olmasını araşdırır. Yaxın bir zamanda vaksinlər ölkəmizə daxil olacaq. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678