Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Komissiya Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunu davam etdirir

155 Baxış

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən dörd gün ərzində 1 158 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 108 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq addımlar atılıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678