Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Avtovağzal” stansiyasından “8 Noyabr”a getmək mümkün olacaq? – AÇIQLAMA + FOTO

136 Baxış

Ötən gün sosial şəbəkələrdə metronun “8 Noyabr” stansiyasının qrafik üzrə metropoliten daxilində lövhəyə vurulduğunu əks etdirən foto yayılıb. Həmin fotoda “8 Noyabr” stansiyası bənövşəyi xətdə yerləşən “Avtovağzal” stansiyasından sonra qoyulub. 

Sosial şəbəkə istifadəçiləri isə bunun yanlış şəkildə yerləşdirildiyini qeyd ediblər. 

Məsələyə aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq. 

Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən fotoda “8 Noyabr” stansiyasının adı şərti olaraq dizaynın təyin olunması üçün yerləşdirilib:

“Bəzi texniki məsələləri düzəltmək məqsədilə yoxlama üçün lövhəyə yapışdırılıb. Sərnişinin rahatlığı, görünüşün estetikliyi baxımından bu cür test hazırlıq mərhələsi zaman-zaman bütün stansiyalarda həyata keçirilib.

Məsələn, təmir dövründə “Şah İsmayıl Xətai”, “Sahil” metrostansiyalarında da bu cür test xarakterli düzəlişlər olub. Məqsəd yerləşdiriləcək lövhələrdə ölçü və görünüş baxımından texniki məsələləri dəqiqləşdirməkdir. Hazırda getsəniz, stansiyada bu yazını görməyəcəksiniz”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678