Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkəmizdə geyim əşyalarına təlabat azalıb

119 Baxış

Azərbaycan geyim əşyaları və geyim üçün ləvazimatların alışını azaldıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ildə geyim əşyaları və geyim üçün ləvazimatlarının həcmi ümumi idxalın 1,9 faizini təşkil edib və Azərbaycanın ən çox idxal etdiyi səkkizci məhsul növü olub.

Ötən il ölkəmiz xaricdən 206,3 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatları idxal edib. Bu, 2019-cu illə müqayisədə 70,4 milyon dollar və ya 25,4 faiz azdır.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 276,7 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678