Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yanvarın 4-də evdən qaçan qız ailəsinə təhvil verildi – RƏSMİ

258 Baxış

Yanvarın 4-də itkin düşən və yanvarın 6-da polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində tapılaraq Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ramana qəsəbəsində yerləşən “Nur” uşaq sığınacağına yerləşdirilən S.L (şərti ad) ailəsinə təhvil verilib. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məsələ komitə tərəfindən araşdırılıb. Araşdırmalar zamanı ailədə 12 yaşlı qızın valideynləri ilə münasibətlərində problemlərin olması müəyyən edilib. Bu səbəbdən də S.L və ailəsi komitənin tövsiyəsi əsasında Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan psixoloji reabilitasiyaya cəlb olunublar:

“Bu gün dövlət komitəsi və rayon icra hakimiyyətinin nümayəndələri ailə ilə yenidən görüş keçirib. Nəticədə S.L-in doğmaları ilə bir yerdə yaşaması üçün hər hansı bir problemin mövcud olmadığı nəzərə alınaraq o, ailəsinə təhvil verilib. Məsələ müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır”-, deyə məlumatda qeyd olunub. 

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678