Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pensiyalar nə vaxtdan artımla veriləcək? – RƏSMİ

159 Baxış

“Bu il bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində təqaüdçülərin pensiyaları indeksləşdiriləcək. Bu proses hər il olur. Fevral ayının ödənişi aparılan zaman vətəndaşlar pensiyanı yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar”.

Oxu.Az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib. 

Şöbə müdiri əlavə edib ki, indeksləşdirmə yanvarın 1-dən hesablanacaq:

“Buna görə də artım da yanvarın 1-dən hesablanacaq. Yanvar artımları fevralın pensiyası ilə birlikdə təqaüdçülərin bank hesablarına köçürüləcək”.

B.Hüseynov qeyd edib ki, hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir:

“Ötən ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Cari ildə də indeksasiya olunacaq. Yaxın günlərdə bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678