Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Estoniya Rusiyaya qarşı: Tam ticarət embarqosu

33 Baxış

Estoniya hökuməti Avropa İttifaqının Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə dair təklifləri təsdiqləyib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahna bildirib.

O, həmçinin bildirib ki, yeni sanksiyalar paketinə əlavə məhdudlaşdırıcı tədbir kimi Estoniya hakimiyyəti Rusiyaya qarşı tam ticarət embarqosu tətbiq etməyi təklif edib.

“Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam etmək, onların tətbiqini gücləndirmək və sanksiyalardan yayınmağı çətinləşdirmək lazımdır”, – Marqus Tsahna mətbuat konfransında deyib.

O, həmçinin bildirib ki, Estoniya Aİ-nin yeni sanksiyalar paketinə Rusiyaya qarşı tam ticarət embarqosunun daxil edilməsini tələb edir. Onun sözlərinə görə, “Rusiya ilə istənilən yersizdir”.

Əgər Aİ səviyyəsində tam ticarət embarqosu üçün kifayət qədər dəstək tapılmazsa, Estoniya hakimiyyəti sanksiyaları sərtləşdirmək üçün alternativ təkliflər hazırlayıb: sanksiyaya məruz qalan malların tranzitinə qadağa, Rusiyanın enerji ixracından gələn gəlirlərin daha da azaldılması və Rusiyanın Aİ ölkələrindəki aktivlərinin dondurulması.

Bloomberg mənbələrinin məlumatına görə, Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketi oktyabrın birinci yarısında açıqlana bilər. Agentlik mənbələrinin məlumatına görə, məhdudiyyətlər siyahısına Rusiya almazlarının tədarükünə qadağa da daxil ola bilər. Bundan əlavə, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən mənfəətin Ukraynaya kömək üçün istifadə edilməsi təklif edilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678