Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıtda su sayğaclarını oğurlayanlar tutuldu – FOTO/VİDEO

108 Baxış

Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mehman Şərifov və  Anar Kişiyev saxlanılıblar. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Onların ətrafında aparılan tədbirlərlə bu şəxslərin şəhər ərazisində 20-dən artıq mənzilin su sayğacını oğurladıqları müəyyən edilib. 

Mehman Şərifov və Anar Kişiyev ifadələrində oğurladıqları sayğacları şəhər ərazisində metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678