Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda bank müştərilərinin və hesablarının sayı artıb

128 Baxış

Azərbaycanda müştərilərin bank hesablarının sayı və tərkibi açıqlanıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, 2020-ci ilin dekabr ayının sonuna olan göstəricilərə əsasən, bank müştərilərinin sayı 9 milyon 73,8 min olub.

Bank müştərilərinin sayı əvvəlki ayın göstəriciləri ilə müqayisədə 0,9 faiz, 2019-cu ilin sonuna olan rəqəmlərlə müqayisədə isə 13,2 faiz artıb.

Müştərilərin 98,7 faizini fiziki şəxslər təşkil edib ki, onların da 4,3 faizi sahibkarlıqla məşğul olan şəxslərdir. Hüquqi şəxslər isə bank müştərilərinin 1,3 faizini təşkil edib.

Bank müştərilərinin sayının artması ilə yanaşı, dekabr ayının sonuna olan göstəricilərə əsasən, bank hesablarının sayı da artaraq 21 milyon 179,5 min olub. Əvvəlki aya nisbətən bank hesablarının sayı 0,15 faiz, 2019-cu ilin sonu ilə müqayisədə isə 9,8 faiz artıb.

Müştəri hesablarının 86,1 faizini cari hesablar, 12,8 faizi kredit hesabları, 1,1 faizini isə depozit hesabları təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678