Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elxan Əsədov: “Bu qədər riskli ərazidə 3000-ə yaxın tikili var”

129 Baxış

Sovet dövründən bu ərazidə mühəndis hazırlıq işləri görülmədən fərdi yaşayış evləri və sahibkarlıq obyektləri tikilib. Bu dünənin və ya bugünün işləri deyil, bu tikintilər 50-60 il bundan əvvəl başlayıb.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Badamdarda sürüşmə zonasına gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin rəis müavini Elxan Əsədov deyib.

O bildirib ki, sözügedən ərazidə kanalizasiya sistemi olmadığı üçün burada bir neçə dəfə torpaq sürüşməsi faktı qeydə alınıb:

“Təsəvvür edin ərazidə yaşayış evləri və iaşə obyektləri daxil olmaqla 3 minə yaxın tikili var. Onların hər biri ortalama 500 litr su işlətdiyini nəzərə alsaq, kanalizasiya xətti yoxdursa, bu su axını hara gedir? Bildiyiniz kimi bu sular torpağa axıdılır. Bu isə sürüşmə təhlükəsini artırır. Bir neçə dəfə burada sürüşmə olub və araşdırma aparılıb. Yaponyadan dəvət olunan mütəxəssislər əraziyə baxış keçirib və riskli zonadan əlavə yüklərin götürülməsi üçün terraslama prosesinin aparılmalı olduğunu bildiriblər. Bu proseslərə isə artıq çoxdan başlanılıb, ərazidə bir qədər yuxarı qalxsanız görülən işlər barədə sizdə təsəvvür yaranacaq”.

Əraziyə axıdılan suların tənzimlənməsi məqsədilə ərazidə drenaj quyuların qazıldığını deyən E.Əsədov bu proseslərin sayəsində sürüşmə riskinin nisbətən azaldığını qeyd edir:

“Ərazidə 3 ədəd 30 metr dərinliyində 3,5 diametrində drenaj quyuları qazılıb. Bu həmin ərazidə yığılan yeraltı suaların idarə olunması üçün istifadə olunub. Bu sular drenaj quyularında toplanaraq ərazidən çıxarılır. Eyni zamanda ərazidə istinad divarları tikilmişdi. Bunun nəticəsində biz ərazidə bir çox evləri uçqundan qoruya bilmişik”.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678