Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Universitetlərin əyani təhsilə keçirilməsi şəxsi istəyə bağlı deyil – RƏSMİ

128 Baxış

“Ali təhsil müəssisələrinin əyani təhsilə keçirilməsi şəxsi istəyə bağlı deyil”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” profilində “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.

O bildirib ki, bu pandemiyanın dinamikasından asılıdır:

“Ali təhsil müəssisələrinin əyani təhsilə keçirilməsi və bağçaların açılması tədricən müzakirə ediləcək. Bu yoluxmanın sayından asıldır. Bu proses bir qədər zaman apara bilər, lakin inanırıq ki, yaxın zamanda həll olunacaq”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678