Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kür çayında gəzinti qayığı çevrilib, suda batmış iki nəfərin axtarışı davam edir

263 Baxış

Kür çayında gəzinti qayığı batıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Kür çayının Mingəçevirdən Yevlax rayonu ərazisinə uzanan hissəsində baş verib.

Daxil olmuş çağırış əsasında aidiyyəti qurumlar qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb. İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir.

Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir.

Axtarışlar nəticəsində sözügedən qayıq aşkar edilib.

Qayıqda olan şəxslərin aşkar edilməsi üçün axtarış tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678