Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərsu” yeni tarifdən əldə olunmuş gəliri nəyə xərcləyəcək? – AÇIQLAMA

135 Baxış

“Təsdiq olunmuş yeni tariflərlə maşın texniki bazanın yenilənməsi də nəzərdə tutulur ki, bu, xidmət keyfiyyəti artıracaq. Cəmiyyətin həm material tədarükü, həm maşın-mexanizm bazasının yenilənməsi nəzərdə tutulur ki, bu da istehlakçılara göstərilən xidmətin səviyyəsini yüksəldəcək”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib.

O bildirib ki, hazırda icra olunan layihələrlə artıq yeni təmizləyici qurğular, müasir mal-materialdan istifadə olunmaqla qurulan şəbəkələr tamamilə yeni maşın-mexanizm bazasının yaradılmasını zəruri edir:

“Bu da yeni tariflərin tətbiqi ilə mümkün olacaq. Hədəf olaraq su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, şəbəkə və qurğuların düzgün istismarına yönəlib. Bütün bunlar istehlakçıya göstərilən xidmətlərin müsbət mənada yüksəldilməsinə gətirib çıxaracaq”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678